Şəhriyardan daha bir möhtəşəm qələbə

19 Avqust 2018 14:12 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, ağ fiqurlarla çıxış edən şahmatçımız Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib.

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.