İŞİD ilə ABŞ qarşı-qarşıya - Səbəb: ən böyük neft yatağı

19 Avqust 2018 15:12 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, İŞİD terror təşkilatının üzvləri Suriyanın İraq ilə sərhədi yaxınlığındakı Deyrizor şəhərində ABŞ əsgərlərinə hücum ediblər.

Əsas hədəf isə ölkənin ən böyük neft yatağını ələ keçirməkdir.

Hücumun qarşısını almaq üçün ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri terrorçulara havadan zərbələr endiriblər.

Silahlı qarşıdurma nəticəsində İŞİD üzvlərindən bir çoxu məhv edilib. Bununla yanaşı, bir mülki şəxs həlak olub, beşi isə xəsarət alıb.