Fici adaları yaxınlığında 8,2 bal gücündə zəlzələ

19 Avqust 2018 17:52 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin Ndoi adasının 280 kilometr şimal-şərqində baş verdiyini açıqlayıb.

Zəlzələ dəniz səviyyəsindən 560 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra dənizdə kiçik sunami dalğaları əmələ gəlib. Lakin sunami təhlükəsinin olmadığı bildirilib.

Yeraltı təkanlar nəticəsində dağıntı və tələfat yoxdur.