Novruz Məmmədov İmran Xanı təbrik etdi

20 Avqust 2018 10:04 (UTC+04:00)

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, təbrik məktubunda Novruz Məmmədov qardaş Azərbaycan və Pakistanın xalqları arasında sıx əlaqələrin olduğunu və bunun ikitərəfli strateji əlaqələr üçün möhkəm təməl rolu oynadığını vurğulayıb.

Azərbaycanın baş naziri yeni seçilən həmkarına gələcək fəaliyyətində və Pakistan xalqının rifahı üçün görəcəyi işlərdə uğurlar arzulayıb.

AzNews.az