“İqtisadiyyatımıza olan hücum azanımıza olan hücumdur” - Ərdoğan

20 Avqust 2018 12:45 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün İslam dünyasının bayramını təbrik edərək sözə başlamış prezident son günlərdə ölkə iqtisadiyyatının durumu ilə də bağlı məsələyə toxunub.

Ərdoğan “iqtisadiyyatımıza olan hücum azanımıza və bayrağımıza olan hücuma bərabərdir. Burada məqsəd eynidir, heç bir fərq yoxdur. Məqsəd Türkiyəyə və türk millətinə diz çökdürmək, onu əsir götürməkdir” – deyə, bildirib.

Nurlan AĞA
AzNews.az