Trampa sərt ittiham: “Onun heç bir strateji planı yoxdur”

20 Avqust 2018 14:36 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən yazır ki, senator Trampın bütün bu olanları planlı şəkildə etmədiyini iddia edib. O, “Trampın strateji bir planı olduğuna inanmıram, onun elədikləri hücumdan başqa bir şey deyil” – deyə, vurğulayıb.

Cek Rid ABŞ prezidentinin bu davranışlarını mənasız olaraq qiymətləndirərək, Çinə və ya digər ölkələrə sanksiyalarla təhdid yağdırmaqdansa, nə istədiyini açıq şəkildə deməsi gərəkdiyini qeyd edib.

Nurlan AĞA
AzNews.az