İsveçin idarəsi türk tələbəyə tapşırıldı

20 Avqust 2018 16:29 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Doğan @sweden adlı 151 min nəfər izləyiciyə malik hesabı bu gün səhərdən etibarən öhdəsinə götürüb.

Mehmet Murat iki ildir ki, İsveçdə təqaüdlə magistratura təhsili alır. İsveçin Twitter hesabının hər həftə bir nəfər tərəfindən idarə olunduğunu qeyd etmiş türk tələbə İsven İnstitutunun bu həftə də onu seçdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu hadisə Mehmet üçün böyük bir sürpriz olub.

Qeyd edək ki, hər həftə bir nəfər tərəfindən idarə olunan hesabda seçilmiş şəxs öz adını və fotosunu yükləyərək paylaşımlar edir.

Nurlan AĞA
AzNews.az