Ronaldonun xəstəxanalıq etdiyi qapıçının son halı - Fotolar

20 Avqust 2018 18:03 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, matç zamanı Ronaldonun dizi rəqib komandadan olan Stefano Sorrentinonun sifətinə tuş gəlib. Ağrının təsirindən futbolçu huşunu itirərək yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş 39 yaşlı qapıçının burnu sınıb və boynu zədələnib. Gecəni xəstəxanada keçirmiş qapıçı sosial mediadan etdiyi paylaşımla vəziyyətinin yaxşı olduğunu və onun üçün narahat olanlara təşəkkür etdiyini bildirib.

Nurlan AĞA
AzNews.az