İlham Əliyev hindistanlı həmkarına başsağlığı verdi

20 Avqust 2018 18:35 (UTC+04:00)

Məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzNews.az