“Kalaşnikov”dan yeni silah gəlir - Foto

20 Avqust 2018 21:25 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, 7,62 kalibrli yeni “AK-308” NATO-nun sınaqları üçün hazırlanır.

Konsernin yaydığı məlumata görə, “АК-103”-ün bazasında düzəldilən yeni avtomatın darağı 20 patron tutacaq.

Çəkisi 4.3 kiloqram olan yeni silah Moskvada keçirilən "Army-2018" sərgisində təqdim olunacaq.