İki arvadı ilə birlikdə şəkil çəkdirən əməkdar artist: “Gözlərim üstlərindədir”

21 Avqust 2018 12:24 (UTC+04:00)

Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən foto iki il bundan əvvəl çəkilib:

“Mən birinci həyat yoldaşımdan normal şəkildə ayrılmışam. O, mənim uşaqlarımın anasıdır. Bu gün onlarla əlaqələrimiz var. Uşaqlarımı atmamışam. Diqqətim həmişə üstlərindədir. Qadınlar biri-birinə qarşı xain deyillər. Gözəl münasibətləri var. Biri nəsə bir iş tutanda məsləhətləşirlər”.

Bahar RÜSTƏMLİ
AzNews.az