Nəcməddin Sadıkov Belarusa getdi

21 Avqust 2018 12:47 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov Belarus müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə Minsk şəhərinə rəsmi səfərə yola düşüb.

AzNews.az