Merkel “Qarabağ qovluğu” ilə gəlir

21 Avqust 2018 16:10 (UTC+04:00)

"Report" Almaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffan Zayber keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Almaniya Avropa İttifaqından olan tərəfdaşları ilə birlikdə danışıqlar prosesini və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, eləcə də tərəfləri münaqişənin sülh yolu ilə həll olunmasına çağırır.

Xatırladaq ki, Angela Merkel avqustun 23-25-də Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

AzNews.az