Adnan Oktara və “kediciklər”inə Qazaxıstandan milyonlar göndərilirmiş

21 Avqust 2018 17:47 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən bildirir ki, onun təkcə “kediciklər”dən ibarət olmayan qruplaşmasına Qazaxıstan və Dubaydakı şirkətlərdən hər ay bir milyon dollara yaxın pul gəlirmiş.

Qazaxıstandakı şirkətdən gələn pulun Türkiyədə Adnan Oktar və qruplaşması tərəfindən istifadə olunduğu aşkar olunub. Eynilə Dubaydakı şirkətdən göndərilən milyon dollarlar məbləğində pulun qruplaşmaya verildiyi bildirilir.
Bundan əlavə, Adnan Oktar qruplaşmasının gündəlik xərclərinin dəstənin varlı nümayəndələri tərəfindən ödənildiyi iddia olunub. Varlı üzvlərin öz kredit kartlarını dəstənin digər nümayəndələrinin alış-veriş, yol pulu, yaşayış xərclərini ödəmək üçün hədiyyə etdikləri ortaya çıxıb.

Nurlan AĞA
AzNews.az