Azərbaycana 191 ölkədən turist gəlib

21 Avqust 2018 18:38 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, gələnlərin 31,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10,0 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 67,2 faizini kişilər, 32,8 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3 faizi yanvar, 10,0 faizi fevral, 16,7 faizi mart, 13,2 faizi aprel, 12,6 faizi may, 16,2 faizi iyun, 20,0 faizi isə iyul ayında ölkəyə gəlib.