Ebola canlar almaqda davam edir

21 Avqust 2018 20:58 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, iyul ayında yenidən müşahidə edilən virus səbəbilə ölənlərin sayı 28-ə çatıb. Konqo səhiyyə nazirliyinin məlumatına görə, yüksək temperatur müşahidə edilən 96 nəfərin 69-unda ebola tapılıb və onlardan 28-i ölüb. 27 nəfərin isə ebola səbəbilə ölüb-ölmədiyi qeyri-müəyyəndir.

Qeyd edək ki, ebola virusu ilk dəfə 1976-cı ildə Konqoda tapılıb və virus səbəbilə son illərdə Afrikada on minlərlə insan dünyasını dəyişib.