Mənzillərin qiymətində son vəziyyət - Ucuzlaşma yoxsa Bahalaşma (Video)

22 Avqust 2018 00:00 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, ilin əvvəlindən indiyədək mənzil bazarında 5 faiz bahalaşma müşahidə edilir. Əmlak əksperti Nüsrət İbrahimovun sözlərinə görə bahalaşma daha çox köhnə mənzillərdə yaşanır.

Nüsrət İbrahimov deyir ki, qiymət artımına ilkin mənzil bazarında daha çox rast gəlinir. Evlərin bahalaşmasının müxtəlif səbəbləri var. İlk növbədə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsidir. İkinci səbəb tikinti materiallarının qiymətinin artmasıdır

Nüsrət İbrahimovun sözlərinə görə hər kvadratmetr tikinti sahəsinə düşən boş torpaq sahəsində ildən-ilə azalma var. Bu da öz növbəsində satılan mənzillərin qiymətini qaldırır.

Şəhərin mərkəzindəki mənzillərin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət dəyişikliyi kütləvi yaşayış məntəqələri sayılan üçüncü zonada baş verib.

Ekspertlər bahalaşmanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırlar.