Baş direktor Azərbaycana gələcək

29 Mart 2013 10:40 (UTC+04:00)
Aprelin 1-4-də Səudiyyə Ərəbistan Krallığının Sərhəd Xidmətinin baş direktoru Züməyyim bin Cüheybir əl Səvvətin başçılıq edən nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Səudiyyə Ərəbistan Krallığının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçın Quliyevin dəvəti əsasında həyata keçiriləcək. Tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

AzNews.az