“Xəstədi, hərdən şəhərə çıxarırıq”

29 Mart 2013 16:03 (UTC+04:00)
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Siyavuş Aslanın səhhətində irəlləyiş var. Sənətkarın ailəsindən AzNews.az-a verilən məlumata görə, S.Aslanın hazırda ən çox arzuladığı məkan dəniz kənarıdır:

"Hazırda vəziyyəti normallaşıb. Əvvəllər günün çox hissəsini yataq rejimində keçirirdi. İndi isə rahat şəkildə evdə gəzir, danışır, hərdən də şəhərə çıxarırıq. Ən çox sevdiyi və arzuladığı məkan isə dəniz kənarıdır. Xüsusən də Mərdəkan tərəf. Oğlu həmişə onu dəniz kənarına aparır".

Bahar Rüstəmli
AzNews.az