Dünyanın ən sürətli adamı çəkisizlikdə kosmonavtı da ötdü - Maraqlı video

13 Sentyabr 2018 12:48 (UTC+04:00)

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, səkkiz qat çempion olan Bolt, elmi-tədqiqat üçün xüsusi dizayn olunmuş “Airbus Zero-G” təyyarəsində “Novespace” şirkətinin CEO-su, kosmonavt Jan-Fransua Klervoy və fransalı dizayner Oktav de Qalle ilə yarışıb.

O, ağırlıq qüvvəsi olmayan məkanda da qalib olub.

Yarışdan sonra H.Bolt xüsusi şampandan içib və havada sayrışan şampan qabarcıqlarını tutmağa çalışıb.


Nurlan AĞA
AzNews.az