O qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: “Dağlıq Qarabağın son vəziyyəti siyasi və diplomatik şəkildə müəyyənləşdirilməlidir. Münaqişənin tərəflərinin razılığına əsasən həll olunması bizim ənənəvi mövqeyimizdir ”.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərə kompromisə nail olmaq üçün lazım olan vasitəçiliyi təmin etməyə davam edəcək: “Lakin tərəflər irəli getmək üçün mütləq hərəkət etməlidirlər”.
AzNews.az