Rusiyadan Şimali Koreyaya çağırış

30 Mart 2013 18:50 (UTC+04:00)
Reuterin yaydığı məlumata görə, cümə günü Koreya Xalq-Demokratik Respublikası Cənubi Koreyaya və onun əsas müttəfiqi ABŞ-a qarşı müharibə vəziyyətində olduğunu elan edib. Moskva isə bu gün Şimali Koreya hökumətini təmkinli olmağa çağırıb. Rusiya Xariçi İşlər Nazirliyinin rəsmisi Qriqori Logvinov İnterfaks agentliyinə verdiyi müsahibəsində bildirib ki, biz münaqişənin tərəflərinin maksimum təmkinli olacağına və geri dönüşü olmayan bir yola girməyəcəklərinə ümid edirik. Jurnalistlərin Pyongyangın da eyni fikirdə olub-olmaması haqqında suala isə, o, əlbətdə biz Şimali Koreya ilə əlaqədə idik deyə, cavab verib. Rusiya rəsmisi həmçinin qeyd edib ki, biz inanırıq ki, tərəflərin Koreya yarımadasında təkrar müharibənin qəbuledilməz olduğunu anlayacaqlar.

Şamxal
AzNews.az