120 üzgüçü medal uğrunda yarışır

16 Sentyabr 2018 18:43 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışa 20 idman cəmiyyət və klublarını təmsil edən 120-dən çox idmançı qatılıb.

Azərbaycan üzgüçüləri ilə yanaşı, çempionatda İran İslam Respublikasının idmançıları da iştirak edirlər.

Yarışda ilk dəfə olaraq 14 yaşlı Azərbaycan idmançısı yığma komandanın üzvü Ramil Vəlizadə idman ustası normativini yerinə yetirib.

AzNews.az