Ronaldo “Yuventus”da ilk rəsmi qolunu vurdu

16 Sentyabr 2018 18:52 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, forvard İtaliya A Seriyasının 4-cü turunda "Sassuolo"ya qarşı keçirilən matçın 50-ci dəqiqəsində fərqlənib.

Daha sonra futbolçu 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. Hazırda oyun davam edir.

Ronaldo "Yuventus"a iyulun 10-da Madrid "Real"ından 100 milyon avroya transfer olunub.

AzNews.az