Öküz ki, öküz!- Sahibini çığnadı

17 Sentyabr 2018 10:54 (UTC+04:00)

“Nadir öküzü sahəyə aparırmış. O, öküzü otlaq sahəsinə bağlayıb aralanmaq istəyəndə arxadan ona bir neçə kəllə vurub. Zərbələrdən yerə yıxılan Nadir öküzün ayaqları altında qalıb. Oküz buynuzu ilə onun üzündən və qollarından ət parçaları qoparıb. Bundan başqa qıçına da xəsarət yetirib. Həkimlərin səyi nəticəsində Nadirin üzündən qopan ət onun üzünə tikilib. Hazırda xəstəxanadadır. Ayaqlarında problem olduğundan yeriyə bilmir”.

Bahar RÜSTƏMLİ

AzNews.az