Yerlərdə sürünəcəyik – instagramda yeni trend

17 Sentyabr 2018 12:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu dəfə rus DJ Smash tərəfindən “Falling stars” axımı başladılıb. Yeni axım bir neçə gün içərsində trend halına gəlib. Trendə dünyada məşhur olan şəxslər də qatılıb.

Trendə görə axıma qoşulmaq istəyən şəxs yıxıldığı yerdə şəklini #fallingstars2018 həştəqi ilə İnstagramda paylaşmalıdır.

Qeyd edək ki, bu axıma türkiyəli müğənni Seda Sayan da qoşulub. Onun bu addımı birmənalı qarşılanmayıb. Müğənni ciddi tənqidlərə məruz qalıb.

Nigar CƏFƏR
AzNews.az