“Qardaşımı maşınla 18 metr sürüyüb, sərxoş olduğu gizlədilib” -

17 Sentyabr 2018 15:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “qafqazinfo”ya müraciət edən rayon sakini Asim Qasımov bildirib ki, qardaşı, 36 yaşlı Qabil Qasımov avqustun 12-də maşınla vurularaq öldürülüb: “Hadisə Əliabad kəndinin girişində baş verib. Biləsuvar Rayon Polis Şöbəsinin Polisə İctimai Dəstək Xidmətinin mülki əməkdaşı Ravil Zeynalov rayonda yerləşən “Zirvə” şadlıq sarayında toydan içkili çıxıb.

Polis yoldaşları ona maşın sürməməyi məsləhət etsə də, özünün sürəcəyini təkid edib və idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə gedərkən kəndin girişində yolun kənarında gedən piyadaları vurub.

AzNews.az