“10 il bir ayaqqabı geyinmişəm” - Tanınmış müğənni

17 Sentyabr 2018 20:55 (UTC+04:00)

AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Şou ATV" verilişində deyib. Müğənni 10 il eyni ayaqqabını geyindiyini söyləyib və çəkdirdiyi bulaqdan danışıb:

"10 il bir ayaqqabı geyinən adamam və eyni ayaqqabı geyindiyim ərəfədə etmişəm bunları. Bunu fəxrlə deyirəm ki, geyinmişəm. Kimdən utanacam? Allahdan başqa hərəkətlərə görə utanmaq lazımdır.

Kasıblığımla, imkansızlığımla fəxr edirəm. Özümə borc bildim məscidi təmir etdirməyi. Allahın yazığı gəldi bu şeyləri qismət etdi mənə. Heç vaxt deməmişəm ki, ya Rəbb, mənə bahalı geyim, maşın, ev qismət et, birdən səsim olmaz.

Mənim həyatımda qəbahətli nəsə olmayıb ki, utanım. Geyimə, yeməyə, vara, pula canımı, mənəviyyatımı qurban vermərəm. Neçə illərdir gəldiyim yola qəfil qayıdıram baxıram və fəxr edirəm".

AzNews.az