Azərbaycanlı şairin şeirləri Koreya dilində

17 Sentyabr 2018 21:09 (UTC+04:00)

Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, Eunkyung Oh hazırda layihə əsasında Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin şeirlərini Koreya dilinə çevirməklə məşğuldur. O, həmçinin BDU-nun professoru, yazıçı Vaqif Sultanlı ilə birlikdə “Çağdaş Azərbaycan nəsri” antologiyasının Koreya dilinə tərcüməsi üzərində işləyir.

Səfər çərçivəsində qonaq hazırlayacağı Türk Dünyası Ensiklopediyası ilə bağlı müxtəlif elmi mərkəzlərdə müzakirələr aparıb. Eyni zamanda, AYB ilə ATAİ arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzNews.az