“Özümü televizordan izləməyi sevmirəm” - Messi

17 Sentyabr 2018 21:14 (UTC+04:00)

AzNews.az komanda.az-a istinadən xəbər verir ki, ulduz futbolçu özünü televizordan izləməyi sevmədiyini deyib:

* Heç vaxt oyunlarımı izləmirəm. Özümü televizordan izləməyi, keçmişdə olanları xatırlamağı sevmirəm. Daim irəliyə baxmağı üstün tuturam.

* Futbol oyunlarını izləməyi sevirəm. Hər çempionatı izləyirəm, La Liqanı izləməyə cəhd edirəm. Saat fərqinə baxmayaraq, Argentina çempionatını və Libertadores kubokunun oyunlarını izləyirəm.

* 17 yaşımda futbola başlayanda başqa mövqedə, başqa cür oynayırdım. İllər keçdikcə futbol dəyişir. Mənim də dəyişməyim lazım idi. Bu vəziyyət oyunumu inkişaf etdirməyimdə işə yaradı.

* Ən çox inkişaf edən isə son ötürmələrimdir. Keçən il bir çox məhsuldar ötürmələrin müəllifi oldum. Bu məsələdə özümü çox inkişaf etdirdim. Cərimə zərbələri haqqında da çox şey öyrəndim. Hər gün zərbələrimi yaxşılaşdırmağa çalışıram.

* Penaltilərdə daha effektli olmaq istəyirəm. Həqiqətən də, çox çətindir. Məşqlərdə penalti vurmaqla oyunda vurmaq eyni deyil.

AzNews.az