Ticarət mərkəzində atışma : yaralananlar var

31 Mart 2013 09:57 (UTC+04:00)


APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, insident nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya aparılıb.

Polisin məlumatına görə, atışmanı iki şəxs törədib, məhz onlar ticarət mərkəzinin ərazisində bir birinə atəş açmağa başlayıb. Yaralılar arasında atəş açanlardan birinin olduğu bildirilir. Atışmanın səbəbi hələlik məlum deyil.

İkinci silahlı qaradərili şəxs hadisə yerindən avtomobilə minərək uzaqlaşıb. Keçirilmiş əməliyyat nəticəsində o artıq saxlanılıb. Araşdırma aparılır.

AzNews.az