Şahzadə arvadı önlüyünü geyindi, müsəlman qadınlara dolma bişirdi

18 Sentyabr 2018 11:54 (UTC+04:00)

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun keçən il Londonda baş verən yanğında zərərçəkənləri gizli olaraq tez-tez ziyarət etdiyi ortaya çıxıb.

Markl çıxaracağı yemək kitabının ön sözündə də həmin qadınlardan yazıb: “Bura qadınların birlikdə güldüyü, ağladığı, yas tutduğu və yemək hazırladığı yerdir”.

Bildirilib ki, bu, kraliyət ailəsinin yeni üzvünün tək başına həyata keçirdiyi ilk layihədir.

Qeyd edək ki, 14 iyun 2017-ci ildə əsasən, müsəlman qadınların sığınacaq kimi istifadə olunan Qrenfell qalasında baş verən yanğında 72 nəfər ölüb.

Səidə Nurməmmədli,
AzNews.az