Skripal skandalı Almaniyada təkrar olundu – Son dəqiqə

18 Sentyabr 2018 14:06 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvadan Berlinə göndərilmiş “Pussy Riot” pank-rok qrupunun üzvü Pyotr Verzilovun sinir sisteminə dağıdıcı təsir göstərən maddə ilə zəhərləndiyi bildirilib.

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan qrupun Twitter mikrobloqunda bir müddət əvvəl 30 yaşlı aktivistin zəhərlənmiş ola biləcəyi deyilirdi.

P.Verzilov bu iyulun 15-də keçirilmiş Dünya Kubokunun final matçında üç qadın aktivistlə birlikdə nümayiş keçirmişdi.

Qeyd edək ki, rusiyalı aktivist ölkədəki insan haqları pozuntularını işıqlandıran “Mediazona” xəbər saytının yayımçısıdır.

Nurlan AĞA
AzNews.az