İsraildən açıqlama gəldi: Məsuliyyəti İran daşıyır

18 Sentyabr 2018 16:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İsrail Ordusunun Twitter mikrobloqundakı rəsmi səhifəsində “rus hərbçilərinin ölümünə təəssüflənirik. Lakin bunun səbəbi Əsəd, İran və Hizbullahdır”, – deyə tvit atılıb.

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla telefon danışığı vaxtı bu hadisəyə görə İsrailin məsuliyyət daşıdığını deyib.

Nurlan AĞA
AzNews.az