“İdlibin statusunda heç bir dəyişiklik olmayacaq” - Çavuşoğlu

18 Sentyabr 2018 16:51 (UTC+04:00)

AzNews.az ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə və Rusiya prezidentləri arasında ötən gün Soçidə aparılan danışıqlardan əldə olunan nəticələr region üçün tarixi əhəmiyyət kəsb edir.

“Soçi danışıqlarına əsasən, hər şey əvvəl olduğu statusda qalacaq. Tərəflər arasında hərbsizləşdirilmiş zona qurulacaq və aradakı məsafə 15-20 kilometr olaraq saxlanılacaq. Bu ilin sonuna qədər bölgədəki M4 və M5 yolları da beynəlxalq və daxili ticarət üçün açıq elan olunacaq”, - deyə Çavuşoğlu bildirib.

AzNews.az