Hərbi təyyarəni İsrail vurmayıb – Putin

18 Sentyabr 2018 17:49 (UTC+04:00)

AzNews.az “Yeni Şafak” qəzetinə istinadən bildirir ki, V. Putin “Təyyarəni İsrail vurmayıb, bu, bir faciədir”, – deyib.

Müdafiə Nazirliyinin açıqlamasının onunla razılaşdırılmış şəkildə verildiyini bildirmiş Rusiya prezidenti araşdırmanın davam ediləcəyini vurğulayıb.

Qeyd edək ki, içərisində 15 nəfər olan hərbi təyyarə ötən gün Suriyada vurulub. 15 nəfərin öldüyü təyyarənin kim tərəfindən vurulmasıhələlik məlum deyil.

Nurlan AĞA
AzNews.az