Məşhur müğənni ilə akrtisa niyə ayrılıb?

18 Sentyabr 2018 17:48 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənninin Hande Erçeli iki xarici qadınla aldatdığı deyilsə də, aktrisa buna aydınlıq gətirib. O, İnstagram hesabında bunu yazıb:

“Belə çətin günlərdə bu mövzularda açıqlama vermək istəmirdim. Amma özümü buna məcbur hiss edirəm. Yayılan məlumatların hamısı yalandır, ayrılıq qərarını mən vermişəm hətta. Çünki belə ağır günlərdə anamın, ailəmin yanında olmaq istəyirəm. Xahiş edirəm, belə mövzulara bir az həssas yanaşaq”.

Qeyd edək ki, Hande Erçelin anası bir müddətdir, xəstəxanadadır və həkimlər hələ də onun xəstəliyini müəyyənləşdirə bilməyib.

Nigar CƏFƏR

AzNews.az