“Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Şoyqu

18 Sentyabr 2018 18:29 (UTC+04:00)

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib.

Lakin o, cavab tədbirinin nədən ibarət olacağını açıqlamayıb.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə keçən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

AzNews.az