“Buta Airways” yeni təyyarə aldı - Günnüt adı verildi

18 Sentyabr 2018 20:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək. "Buta Airways”in yeni təyyarəsi Naxçıvanın bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə "su arkası” ilə qarşılanıb. Qarşılanma mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini olub.