Rəqibinin üzünə tüpürdü - 4 oyunluq cəzalandırıldı

18 Sentyabr 2018 22:44 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Sassuolo"nu 2:1 hesabı ilə yendikləri IV tur matçında rəqib oyunçu Federiko Di Françeskonun üzünə tüpürdüyü üçün cəzalanıb.

"Sambaçı" həmin epizoddan əvvəl Di Françeskonu başı ilə itələyib və onun sifətinə dirsək zərbəsi endirib. Ona əvvəlcə sarı, daha sonra birbaşa qırmızı vərəqə göstərilib.

Görüşdən sonra Kosta hərəkətinə görə üzr istəyib, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri isə klubun oyunçunu cərimələyəcəyini açıqlayıb.

Diskvalifikasiya üzündən futbolçu "Frozinone", "Bolonya", "Napoli" və "Udineze" ilə görüşlərində iştirak etməyəcək.

AzNews.az