“Polşada ABŞ qoşunlarının yerləşdirilməsi...” - Tramp

18 Sentyabr 2018 23:03 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" xəbər verib.

Xəbərdə bildirilir ki, ABŞ rəhbəri bu bəyanatı Polşa prezidenti Andjey Duda ilə Vaşinqtondakı görüşündə deyib.

"Biz buna çox ciddi yanaşırıq", - deyə Ağ Ev rəhbəri bildirib. D.Tramp əlavə edib ki, əgər Polşa bunu istəyirsə, ABŞ mütləq həmin məsələni müzakirə edəcək.

Qeyd edək ki, Tramp daha əvvəl Polşanın təhlükəsizliyinin vacib olduğunu bildirib.

AzNews.az