Ermənistan vətəndaşından Moskvada muzey direktoruna milyonlarca rublluq kəf

19 Sentyabr 2018 08:22 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumatına görə, bu barədə "Moskva" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, polislər axtarış zamanı 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşını saxlayıblar. Məlum olub ki, fırıldaqçı muzeyin direktorunu almaz mədənlərinə pul yatırmağın sərfəli olmasına inandırıb. O, bu ilin 23 aprelində Zubovsk bulvarında direktordan 12 mln. rubl alıb.

Şübhəli şəxsin cinayət əməli ifşa olunub və ona qarşı külli miqdarda dələduzluq maddəsi üzrə cinayət işi qaldırılıb.

Agentliyinin məlumatına görə, şübhəli şəxs saxlanılıb, istintaq aparılır.

AzNews.az