“Çox həyəcanlandırıcıdır” - Tramp Koreya görüşündən yazdı

19 Sentyabr 2018 08:49 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter"ində yazıb.

Trampın sözlərinə görə, Kim Çen In Koreya Xalq Demokratik Respublikası nüvə obyektində yoxlamaları qəbul etməyə hazır olduğunu elan edib. Həmçinin sınaq poliqonunu beynəlxalq ekspertlərin iştirakı ilə sökmək niyyətində olduğunu bildirib.

Həmçinin, Trampın məlumatına görə, Koreya Xalq Demokratik Respublikası nüvə və raket sınaqlarından imtina etməyi öhdəsinə götürüb.

Ağ Ev rəhbəri eləcə də Şimali və Cənubi Koreyanın 2032-ci ildə Olimpiya oyunlarının keçirilməsinə hazır olmaları barədə birgə təkliflərini alqışlayıb.

"Çox həyəcanlandırıcıdır", - deyə Tramp "Twitter"də vurğulayıb.

AzNews.az