Xatirə “aprel şəhidi”nin adına bulaq çəkdirəcək

19 Sentyabr 2018 10:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətçi sentyabrın 18-də “Yaşıl” teatrda keçirdiyi konsertdən əldə olunan vəsaitdən aprel şəhidi Müşfiq Orucovun adına bulaq çəkdirəcək.

Qeyd edək ki, Müşviq Orucov 2016-ci il aprel ayının 5-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Zəngilan rayon sakini olan M. Orucov Naftalan rayonundan hərbi xidmətə çağırılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az