ABŞ ordusunu hərəkətə gətirdi - Hücum bölüyü Aralıq dənizində

19 Sentyabr 2018 10:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki,məlumatda “USS Harry Truman” adlı təyyarə daşıyıcısı və onu müşayiət edən hücum bölüyünün Aralıq dənizindəki 6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə əməliyyata başladığı qeyd edilib.

Əməliyyatın səbəbi kimi NATO müttəfiqləri, Avropa və Afrikadakı partnyor ölkələr, koalisiya birliklərinə dəstək, həmçinin ABŞ-ın Avropa və Afrikadakı milli təhlükəsizliyi qorumaq göstərilib.

6-cı donanmanın vitse-admiralı Liza Franketti “USS Harry Truman” təyyarə daşıyıcısının Aralıq dənizində olduğu müddətcə bütün növ su əməliyyatlarını yerinə yetirəcəklərini vurğulayıb.

Nurlan AĞA
AzNews.az