“Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır” - Şöbə müdiri

19 Sentyabr 2018 12:06 (UTC+04:00)

AzNews.az “Report”-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov "Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda keçirilən konfransda deyib.

A.Cavadov qeyd edib ki, məscidlərdə, küçələrdə Azərbaycanın dövlət bayrağı dalğalanmalıdır: “Bir müddət öncə, rayonların birinə getmişdik, küçələr qara bayrağa bürünmüşdü. Bu nə deməkdir? Bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar İslam dininin mahiyyətini anlamalıdırlar, bunun üçün də oxumaq vacibdir”.

AzNews.az