Kənardan UNO-ya bənzəyir... – Kommunistlərin “yuvası” dağılır

19 Sentyabr 2018 13:05 (UTC+04:00)

AzNews.az Buzluca abidəsinin tarixi və bu günü ilə bağlı məlumatları təqdim edir:

Tikili kommunist Bolqarıstanın simvolu kimi düşünülmüşdü. Abidə Balkan dağındakı 1441 metrlik Buzluca zirvəsində yerləşir.

Tikintisi yeddi ilə başa çatmış Buzluca görüntü olaraq UNO-ya oxşayır.

1989-cu ildə Bolqarıstanda kommunizmin dağılmasından sonra saray tərk olunmuş xarabalığa dönüb, vandalların hücumlarına məruz qalıb.

Daha sonra memar Dara İvanovanın başçılığı ilə abidənin bərpa olunması üçün xeyriyyə aksiyası keçirilməsi təklifini irəli sürüb. Lakin bu, özünü doğrultmayıb.

2009-cu ildə hakimiyyətə gəlmiş Bolqarıstan prezidenti Boyko Borisov isə Buzlucanı Sosialistlər partiyasına təhvil verib.

Bir zamanlar kommunist rejiminin ruhuna uyğun olan alovlu çıxışların səsləndirildiyi, rəsmi dövlət mərasimlərinin təşkil olunduğu, insanların yığışdığı Buzluca bu gün, demək olar ki, məhv olmuş vəziyyətdədir.

Nurlan AĞA
AzNews.az