“Xəz paltolu Madonna” film olacaq

19 Sentyabr 2018 13:41 (UTC+04:00)

AzNews.azın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə filmə Onur Saylaq rejissroluq edəcək.

Bu vaxta qədər filmi iki rejissordan birinin çəkəcəyi qeyd edilirdi: İlsen Başarır və Fatih Akın.

Filmin çəkilişlərini həyata keçirən “Ay yapım” şirkəti son anda Onur Saylaqla çalışmaq qərarına gəlib. Filmin çəkilişləri 2019-cu ilin əvvəlində baş tutacaq.

Səbahəddin Əli “Xəz paltolu Madonna” romanını 1943-cü ildə çap edib. Əsər ilk dəfə ekranlaşdırılır.

AzNews.az