"ABŞ-Çin ticarət müharibəsi 20 il davam edə bilər" - Gərginlik səngimir

19 Sentyabr 2018 14:04 (UTC+04:00)

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, Ma, ticarət müharibəsində hər iki tərəfin də itirəcəyini deyib.

Ticari əlaqələrdə yaşanan gərginliyin həm Çinə, həm də xarici şirkətlərə təsir edəcəyini dilə gətirən Ma, Çin müəssisələrinin, ABŞ-ın gömrük vergilərini ödəməmək üçün orta müddətdə istehsallarını digər ölkələrə köçürmək məcburiyyətində qalacağını qeyd edib.

Ma, yeni uzunmüddətli qaydalara ehtiyac olduğunu vurğulayıb.

Ma, "Trampın yerinə yeni Prezident gələndən sonra bütün bunlar olduğu kimi davam edəcək. Bizim yeni ticarət qaydalarına ehtiyacımız var, Dünya Ticarət Təşkilatının yenilənməsi lazımdır" ifadələrini istifadə edib.

AzNews.az