AzNews.az xəbər verir ki, "marja" bu barədə Hesablama Palatasınının Dövlət Auditi jurnalına istinadən xəbər verir.
"Azerspace-2" milli telekommunikasiya peykinin orbitə buraxılması üçün “Ariane-5”daşıyıcıraketinin hazırlanması məqsədilə 2017-ci ildə “Azərkosmos” “Azerspace-2” peyki orbitə buraxılması üçün “Arianespace S.A.” şirkətinə 63 milyon dollar məbləğində ödəniş həyata keçirib”, - jurnalda qeyd olunub.
Məlumata əsasən, bu vəsait “Azərkosmos”un əsaslı xərcləri kimi rəsmiləşdirilib.
"Azerspace-2" milli telekommunikasiya peykinin 2018-ci il sentyabrın 25-də orbitə buraxılması nəzərdə tutulub.
AzNews.az